Xalq artisti Arif Quliyev "Günün sədası" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, Xalq artisti proqram boyunca onun haqqında tez- tez yayılan ölüm xəbərlərinə aydınlıq gətirib:
"Şayiə yayanlara minnətdaram. Hamı deyir ki, niyə sənin haqqında bu qədər ölüm xəbəri yayılır? Deyirəm ki, eybi yox, ömrümü uzadırlar. Bu cür xəbərə görə kimisə cəzalandırmaram. Bəlkə buna görə pul qazanırlar, çalışsınlar halal çörək yesinlər. Bir dəfə də zəng ediblər ki, eşitmişik ölmüsünüz? Deyirəm, kimlə danışırsan indi? Biri də yığıb eşitdik rəhmətə getmisən. Deyirəm, gözlə evə zəng edim soruşum".