Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.
Unikal.org xəbər verir ki, bununla bağlı 40 yaşlı keçmiş hücumçu tvitter profilində qara foto qoyub.
Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, 2002-ci ilin dünya çempionu futbolçu karyerasını 16 yanvar 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, Fransa PSJ-si, İspaniya "Barselona"sı, İtaliya "Milan"ı və digər klublarda çıxış edib.