"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt"la səfər oyunundan sonra insidentlə üzləşib.
Unikal.org-un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi "Kapital Bank Arena"nın ərazisini tərk edərkən yol hərəkəti qaydalarını pozub.
Nəticədə Yol Patrul Xidmətinin əməkdaşları 30 yaşlı oyunçunun maşınını saxlayıblar. Avtomobildən enən Ozobiç əl işarəsi ilə kürəyini göstərərək, "Qarabağ"ın futbolçusu olduğunu izah etmək istəyib.
Futbolçunun cərimələnib-cərimələnmədiyi dəqiq məlum deyil. (report)