Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində hələki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.