Ankarada dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, həyat yoldaşı və sevgilisi ilə birlikdə yaşayan Önder Çelik öldürülüb.
Belə ki, həyat yoldaşı Seher Çeliklə sevgilisi Gülyeşim Kavuştuk arasında yaranan mübahisə kişinin ölümü ilə nəticələnib.
Qadınları sakitləşdirmək istəyən Önder sevgilisi Gülyeşimin bıçaq zərbələrinə məruz qalıb. Hadisə nəticəsində kişi çoxlu qan itirərək ölüb. Cinayət yerinə gələn polislər qadını saxlayıblar. Gülyeşimin narkotik maddənin təsiri altında olduğu məlum olub. Qadın barəsində qətimkan tədbiri seçilib.