Qırğızıstanın keçmiş baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək iki ay müddətinə həbs olunub.
Unikal.org xəbər verir ki, bu barədə Bişkek məhkəməsi məlumat yayıb.
Qeyd edək ki, keçmiş baş nazir "Kumtor" qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsindəki korrupsiyada şübhəli bilinir.
Sabiq baş nazir 31 may tarixində xüsusi xidmət əməkdaşları tərəfindən tutulub.