Belarusun "Belavia" aviaşirkətinin təyyarələri Krım ərazisinə daxil olsa, Ukraynanın sanksiyaları qaçılmaz olacaq.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova bildirib.
“Krımın Rusiya tərəfindən işğalını qanuniləşdirmək cəhdlərinə, qondarma Luqansk və ya Donetsk “xalq respublikaları” ilə əlaqə yaratmaq cəhdlərinə qarşı dərhal hərəkətə keçəcəyik. Belarus hava yollarının bir təyyarəsi belə işğal altındakı Krım ərazisinə düşərsə, sanksiyalar qaçılmaz olacaq”, - Caparova deyib.