NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

Unikal.org xəbər verir ki, görüş NATO Baş katibinin Londona səfəri çərçivəsində baş tutub.

Görüş zamanı iyunun 14-də Britaniyada keçiriləcək NATO sammitinə hazırlıq müzakirə edilib.

Baş nazir Britaniyanın Şərqdən gələn təhdidlərə qarşı NATO müttəfiqləri ilə çiyin-çiyinə dayanacağını bildirib.

Y. Stoltenberq isə Britaniyanın NATO-nun ən sadiq müttəfiqlərindən biri olduğunu qeyd edib.