Hindistanda qəribə hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, toy mərasimi zamanı gəlinin anidən halı pisləşərək, dünyasını dəyişib. Gənc qızın infarkt keçirdiyi və ilkin tibbi yardım olmadığı üçün öldüyü məlum olub. Hər kəs gəlinin ölümünə kədərlənərkən bəy toyu davam etdirib. Belə ki, o, adət-ənənəyə əsasən gəlinin bacısı ilə ailə həyatı qurub.
Hər kəsi təəccübləndirən toy mərasimi insanların diqqətini çəkib. Ölən gəlinin nəşi bir otaqda saxlanılarkən, digər otaqda toy davam etdirilib.