ATƏT-in Baş katibi Helqa Şmid Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferlə (ABŞ) görüşüb.
Unikal.org xəbər verir ki, bu barədə xanım Baş katib “Twitter” hesabında yazıb.
“Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə ilk dəfə şəxsən görüşməkdən məmnunam. Onların səylərə və fəaliyyətinə tam dəstəyimi ifadə edirəm”, - Şmid qeyd edib.