Rusiyada son sutka ərzində koronavirusa 8 933 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 099 182 nəfərə çatıb.

Rusiyada son bir gündə 393 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 122 660 nəfərdir. İndiyədək 4 711 982 xəstə sağalıb.