2021-ci ildə Ermənistan ərazisində "Qrom- 2021" adlı xüsusi təlim keçiriləcək. Təlimlərə aviasiya və zirehli texnikalar cəlb ediləcək.
Unikal.org xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sözçüsü Vladimir Zaynetdinov bildirib.
Belə ki, təlimin hazırlanması üçün 1-3 iyun tarixlərində Ermənistanda qərargah danışıqları aparılıb. KTMT-nin Kollektiv Çevik Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin yaradılması nəzərdən keçirilib.