İran və Mərkəzi Afrika Respublikası BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum olublar.

Unikal.org xəbər verir ki, bu barədə məlumat BMT Baş katibi Antonio Quterreşin BMT Baş Assambleyanın sədri Volkan Bozkıra yazdığı məktubda yer alıb.

İranın təşkilata 16,2 milyon dollar, Mərkəzi Afrika Respublikasının 29395 dollar borclu olduğu vurğulanıb.