Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, qeyd edib ki, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, təkər qaraltmağa məcbur edib, qazancını əlindən alıb: “O isə bunu etmək istəmədiyinə görə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı bu gün Nəsimi rayonu Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.

O, qeyd edib ki, azyaşlı 5 il əvvəl də sığınacaqda olub. Anası bir neçə ay sonra tapılıb gəlib uşağı aparıb.