Xəbər verdiyimiz kimi, İsrailin yeni Prezidenti İshak Hersoqun Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, mərasimdə İsrail hökumətinin bütün üzvləri iştirak edib. Maraqlısı budur ki, yeni prezident təqdim olunarkən, İsrailin keçmiş baş naziri Benyamin Netanyahu onu alqışlamayıb. Netanyahunun bu görüntüsü səs-küyə səbəb olub.
Hətta görüntülərdə sabiq nazirin ayağa qalxıb-qalxmamasaında da tərəddüd içində olduğu əks olunub.