İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 226 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 88 063 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 313 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 623 840 nəfərə çatıb.