Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandası Polşa çempionatında növbəti oyununa çıxıb. 

Unikal.org xəbər verir ki,   Varşava təmsilçisi IX turda "Rakuv"u qəbul edib. 

Qarşılaşma "Legiya"nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matça start heyətdə başlayan Emreli 33-cü dəqiqədə komandasının ilk qoluna imza atıb və sonadək meydanda olub. 

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən paytaxt klubu hazırda 7 görüşdən sonra 9 xalla 14-cü pillədə qərarlaşıb. 

***22:48

Polşanın "Legiya" futbol klubunda oynayan Azərbaycan Milli Komandasının üzvü Mahir Əmrəli növbəti qolunu vurub.

Unikal.org  xəbər verir ki, azərbaycanlı futbolçu "Rakuv" komandası ilə keçirilən oyunda komandasının bərabərlik qolunun müəllifi olub. Cərimə meydançasında əlverişsiz mövqedə olan Əmrəlinin qolu baxımlı alınıb.