Hindistanda təyyarə Dehli aeroportunun yaxınlığındakı sərnişin tunelinin altına ilişib.
Unikal.org xəbər verir ki, bu barədə "The Times of India" məlumat verib.
Bildirilib ki, Air İndia-ya məxsus köhnə hava gəmisi başqasına satılıb. Yeni sahibi onu götürərkən qabaritlərini nəzərə almayıb. Nəticədə başqa yerə aparılan layner şossenin bir hissəsini bağlayıb.
Sosial şəbəkələrdə paylaşılan videoda təyyarənin burnu ilə korpusunun yarısının keçidin altından keçdiyi, quyruq hissəsinin isə ilişdiyi görünür.
Dehli aeroportundan jurnalistlərə bildirilib ki, təyyarə onlara məxsus deyil.