Türkiyədə bir neçə dəfə zəlzələ qeydə alınıb.
Unikal.org xəbər verir ki, yeraltı təkanlar Burdur bölgəsində qeydə alınıb.
Bucak rayonunda birinci 4,2 maqnitudada baş verib. Ərazidə bundan sonra daha 18 yeraltı təkan olub. Yerli vaxtla saat 18:05-də rayonun Kestel kəndində 3 maqnitudada daha bir zəlzələ baş verib. Zəlzələ ocağı 7,2 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.