Moskva şəhəri ətrafında kiçikmühərrikli “Robinson” markalı vertolyot qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə Federal təcili yardım xidməti məlumat yayıb.

Vertolyot Turaevskoe magistralının Lıtkarino rayonunun ərazisindən keçən hissəsinə düşüb. 

Vertolyotda olan 3 nəfər ölüb.