Dünya gələcəkdə yeni virusla qarşılaşacaq.
Unikal.org xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin başçısı Qao Tfu bildirib.
Onun sözlərinə görə, yeni "X virusu" istənilən yerdə istənilən vaxt yarana bilər, eyni zamanda onun xüsusiyyətləri hələ heç kimə məlum deyil:
"Gələcək insanlıq naminə problemin həlli üzərində birlikdə işləmək lazımdır. Bununla əlaqədar olaraq mən "dörd C prinsipi"ni təklif edirəm: əməkdaşlıq, rəqabət, ünsiyyət və ya informasiya mübadiləsi və nəhayət, üçüncü tərəflə koordinasiya".