Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın basketbol oynadığı görüntülər yayılıb. 

Unikal.org xəbər verir ki, görüntüləri Türkiyənin rabitə naziri Fahrettin Altun sosial şəbəkədə paylaşıb. 

Bildirilib ki, bir neçə gün əvvəl baş tutan oyunda Ərdoğanla bərabər eks basketbolçu, hazırda Basketbol Federasiyasının başqanı olan Hidayət Türkoğlu, prezidentin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın, rabitə naziri Fahrettin Altun, idman naziri Mehmet Kasapoğlu və digər nazirlər, rəsmilər də yer alıb.