Meksikanın Queretaro ştatında daşqın nəticəsində təxliyə edilən insanların sayı 3 mini keçib.
Unikal.org xəbər veerir ki, San Xuan çayı boyunca yerləşən doqquz bölgənin əhalisi hərbçilərin köməyilə təhlükəsiz yerlərə köçürülüb.
Yağışlar davam etdiyindən evakuasiya olunanların sayının arta biləcəyi istisna edilməyib.
Ölən və ya yaralılar haqqında heç bir məlumat yoxdur, maddi ziyanın ümumi miqdarı hələ müəyyən edilməyib.