Roma Papasının 3 isveçrəli elit mühafizəçisi koronavirusa qarşı peyvənd olunmaqdan imtina edərək vəzifələrindən istefa verib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Vatikan Mühafizəsinin rəsmi nümayəndəsi leytenant Urs Braytenmozer təsdiqləyib.
İstefanın könüllü olduğunu deyən Braytenmozer əlavə edib ki, bu, dünyanın digər ordu korpuslarında görülən tədbirlərə uyğundur.