İtaliyanın paytaxtı Romada Tiberi çayı üzərindəki XIX əsrə aid tarixi "Dəmir körpü"də yanğın baş verib.
Unikal.org xəbər verir ki, ilkin məlumata görə, yanğın körpünün altındakı naqillərdəki qısaqapanma səbəbindən baş verib.
Yanğınsöndürənlər isə hadisənin qəzalı qaz borusundan qaynaqlandığını bildiriblər. Hadisə nəticəsində körpü nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.
Qeyd edək ki, 1863-cü ildə inşa edilən "Ponte dell 'Industria" ("Sənaye körpüsü" Ostiense və Portuense bölgələrini birləşdirir. Romalılar 131 metr uzunluğunda olan körpünü "Dəmir körpü" adlandırırlar.
Ağarza Elçinoğlu