Çinin təcili yardım xidmətləri Lyaonin vilayətinin şimal-şərqində daşqın təhlükəsi səbəbindən 4 430 nəfəri təxliyə edib.
Unikal.org xəbər verir ki, şiddətli yağışlar səbəbindən vilayətdəki 13 kiçik su anbarında suyun göstəriciləri həddini aşıb. Əksər sakinlər Anşan və Benxi şəhər qəzalarında təxliyyə olunub.
Yağıntıların çox olması vilayətin dağlıq ərazilərində sel və sürüşmələrə səbəb olub.