Dünyada böyük maraq oyadan Nüsrət Gökçenin Londondakı restoranı Britaniya mətbuatında gündəm yaradıb.
Unikal.org xəbər verir ki, pandemiya səbəbindən may ayında açılacağı düşünülən lüks restoran yaxın günlərdə istifadəyə verilib. Belə ki, görünüşü ilə hər kəsin diqqətini çəkən lüks avadanlıqlı restoranda qiymətlərdə maraq doğurub.
Restoranda ən bahalı məhsul 7 min 500 lirəlik ( 1 438 azn) can ətidir. Paylaşılan videogörüntülərdə də masada olan məshulları Nüsrət şəxsən özü təqdim edir.
Gülayə Mecid