Meksikanın San Luis əyalətinin Cerritos və Tula şəhərlərini birləşdirən avtomobil yolundakı körpü uçub. 

Unikal.org xəbər verir ki, körpünün çökməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. 

Qəzadan sonra mülki müdafiə qruplarının verdiyi açıqlamaya görə, həyatını itirən şəxs yolun çökməsi zamanı avtomobillə körpünün üzərindən keçən qadın olub. Onun körpünün dağıntıları altında qaldığı bildirilib. Yaralılar isə körpü üzərində işləyən işçilər imiş. 

Qeyd edək ki, sözügedən körpü 9 İyul tarixində yağan güclü yağışlar nəticəsində zədələnmişdi. 

Ağarza Elçinoğlu