"Bir il ərzində müharibədə məğlubiyyətin günahkarlığını və məsuliyyətini generalların üzərinə atdılar".
Unikal.org xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Ermənistan ordusu müharibədə tək qaldı. Bu əsaslı səhv qərarların kim tərəfindən verildiyini anlamaq lazımdır. Təşəbbüskar ordu, Baş Qərargah, general idisə, bu bir sualdır, məsələn, dəstələrə keçmək qərarları Baş nazir tərəfindən verilmişsə, bu başqa bir sualdır. Amma indi görürəm ki, məğlubiyyət quldurların, korrupsioner generalların fəaliyyətinin nəticəsidir", - deyə sabiq prezident bildirib.
Köçəryan son olaraq, "Bu generallar həqiqəti söyləyərək danışmağa başlamalıdır, əks halda bütün günah boyunlarına asılacaq", - deyə ifadə edib.
Gülayə Mecid