Avstraliyada yaşayan 27 yaşlı Ari Kalanın istedadı eşidənlərin təəccübünə səbəb olub.
Unikal.org xəbər verir ki, gənc qadın illər sonra özündə qeyri-adi istedad aşkar edib. Hüquq bürosunda çalışan Ari vəzifəsini tərk edərək, ekstrasensliyə başlayıb. Belə ki, Ari insanları qoxulayaraq, onların ölüm tarixlərini deyir. Qadının və yaxınlarının sözlərinə görə, indiyə kimi apardığı hər bir təcrübəsi təəssüflər olsun ki, düz çıxıb.
Ari yerli mətbuata açıqlama verib. O, qəribə bir istedada malik olduğunu və verdiyi proqnozlarla yanılmadığını qeyd edib.