Rusiyada son sutka ərzində daha 25 781 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 612 317 nəfərə çatıb.

Son sutka ərzində 883 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 210 801 nəfərə çatıb. Pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.