Gürcüstan Mixeil Saakaşvilini Ukraynaya təhvil vermək niyyətində deyil.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Teya Sulukiani bildirib. Onun sözlərinə görə, Saakaşvili həbs müddətini Gürcüstanda keçirəcək.
Qeyd edək ki, Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur. Sabiq prezident oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib. Bundan əvvəl onun barəsində qiyabi olaraq Valeri Gelaşviliyə hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs qərarı çıxarılıb.