Ermənistan İstintaq Komitəsi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarında öldürülmüş erməni hərbçilərlə bağlı yeni statistikanı açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yeni statistikaya əsasən 44 günlük müharibə zamanı 3788 erməni döyüşçü məhv edilib.

"4 oktyabr 2021 -ci il tarixinə olan məlumata görə, 224 hərbçi və 22 mülki vətəndaş itkin düşmüş hesab olunur"-məlumatda deyilir.