Hindistanın Uttar Pradeş əyalətində yeni əkinçilik qanunlarının ləğv edilməsini tələb edən fermerlər həyatlarından olublar.
Unikal.org xəbər verir ki, etiraz zamanı fermerlər əraziyə səfər edən daxili işlər naziri Ajay Mishranın avtomobil karvanına hücum ediblər. Belə ki, avtomobillərdən biri də maşını sakinlərin üzərinə sürüb. Hadisə nəticəsində 8 hindistanlı ölüb, 4-ü ağır yaralanıb.
Əraziyə çox sayda polis cəlb olunub. Ölüm halları ilə bağlı araşdırma başlanılıb.