İranda son sutka ərzində 14 607 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Beləliklə İranda koronavirusa yoluxanların sayı 5 638 735 nəfərə çatıb.

Son sutkada 238 nəfər olmaqla, indiyədək virusdan 121 347 nəfər ölüb. Ölkədə indiyədək 5 115 796 nəfər koronavirusdan sağalıb, 32,6 milyondan çox diaqnoz testi həyata keçirilib.