Ankarada Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, 4 ildir axtarışda olan "Erhan" kod adlı Ergun Bildik saxlanılıb. Fətullahçı qruplaşma ilə mübarizə məqsədilə yaradılan xüsusi dəstənin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ergunun evinə baxış keçirilib.
Evdə bir neçə saxta sənəd və elektron versiyada təbliğat vasitələri də aşkarlanıb.