Pakistanın Pəncab əyalətində ağır yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, avtobusun sürücüsü təkərin partlaması səbəbindən idarəetməni itirib və sərnişin avtobusu körpüdən aşıb.
Qəza nəticəsində azı 7 nəfər həyatını itirib, daha 28 nəfər xəsarət alıb. Beş nəfər hadisə yerində həlak olub, iki nəfər isə xəstəxanada ölüb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların bəziləri ağır vəziyyətdədir. Qəza ilə bağlı araşdırma aparılır.