Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 248 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 28 810 nəfər COVID-19 infeksiyasına yoluxub, 33 152 nəfər isə sağalıb.