Aparılan yeni tədqiqatlar nəticəsində məlum olub ki, siçanların və meymunların orqanizmində virusların yayılmasının qarşısını ala biləcək xüsusi zülal əmələ gətirən gen var.
Unikal.org xəbər verir ki, “retroCHMP3” adını alan genetik mutasiya əsasında virus əleyhinə misli görünməmiş effektliliyə malik yeni preparat hazırlamaq və hətta insanları mutasiya nəticəsində əmələ gələn genlə - təhlükəli yoluxucu xəstəliklərə qarşı anadangəlmə immunitetlə təmin etmək mümkündür.
Alimlərin sözlərinə görə, genetik mutasiya müəyyən virusları hüceyrə membranının içində saxlayaraq, onların yayılmasının qarşısını alır. İnsanlarda “CHMP3” geni var, lakin onun “retro” variantı yoxdur. Qeyd olunub ki, yeni kəşf təhlükəli viruslardan müdafiəni tam təmin edəcək.