2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura yekun vurulub.
Unikal.org xəbər verir ki, ikinci oyun günündə son olaraq 7 qarşılaşma gerçəkləşib.
Azərbaycan millisinin yer aldığı A qrupunda Lüksemburq Serbiyanı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
C qrupunda İsveçrə Şimali İrlandiyanı 2:0 hesabı ilə üstələyib.
Avstriya səfərdə Farer adalarını 2:0 hesabı ilə yenibsə, F qrupunun digər matçında Danimarka Moldovanın qapısından 4 cavabsız qol keçirib.
I qrupunda Polşa San Marinonu, İngiltərə isə Andorranı 5:0 hesabı ilə darmadağın edib.
DÇ-2022, seçmə mərhələ
VII tur
A qrupu
Lüksemburq - Serbiya - 0:1
Qol: Duşan Vlahoviç, 68
Xal durumu:Portuqaliya - 13 (5 oyuna), Serbiya - 14 (6), Lüksemburq - 6 (5), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6)
C qrupu
İsveçrə - Şimali İrlandiya - 2:0
Qol: Steven Zuber, 45+3. Kristian Fassnacht, 90+1
Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 11 (5), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (6), Litva - 3 (6)
F qrupu
22:45. Farer adaları - Avstriya - 0:2
Qollar: Konrad Laymer, 26. Marsel Sabitser, 48
22:45. Moldova - Danimarka - 0:4
Qollar: Skov Olsen, 23. Simon Kyaer, 34 (p), Kristian Nerqor, 39. Yoakim Mehle, 44
Xal durumu: Danimarka - 21, Şotlandiya - 14, İsrail - 10, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1
I qrupu
22:45. Macarıstan - Albaniya - 0:1
Qol: Armando Broya, 80
22:45. Polşa - San Marino - 5:0
Qollar: Karol Sviderski, 10, Kristian Brolli, 20 (avtoqol). Tomaş Kedziora, 50. Adam Buksa
22:45. Andorra - İngiltərə - 0:5
Qollar: Ben Çiluell, 17. Bukayo Saka, 40. Temmi Abraham, 59. Ceyms Uord-Prouz, 79. Cek Qriliş, 86
Xal durumu: İngiltərə - 19, Albaniya - 15, Polşa - 14, Macarıstan - 10, Anorra - 3, San Marino - 0