Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatının son günündə Azərbaycanın 2 yunan-Roma güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq.
Unikal org xəbər verir ki, Taleh Məmmədov 63 kq, Həsrət Cəfərov 67 kq çəki dərəcələrində çıxış edəcək.
Məmmədov Deniz Menekşe (Almaniya) - Lenur Temirov (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Həsrət Cəfərov isə mükafatçılar sırasına düşmək üçün əvvəlcə Tsuçika Şimoyamada (Yaponiya), daha sonra Ramaz Zoidze (Gürcüstan) üzərində qələbə qazanmalıdır.