"Heyətimiz Şükrataz yüksəkliyində yerləşən vaxt, həmin istiqamətə iki dağ arasından düşmənin SU-25 təyyarəsinin üzərinə gəlmələrini aşkar edirlər".

Unikal.org xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant İlham Mehdiyev İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində deyib.

Baş leytenant Elgün Ağayev düşmənə məxsus SU-25 qırıcısının məhv edilməsindən danışıb. O bildirib ki, SU-25 qırıcısı Şükrataz yüksəkliyinin çox aşağı meylliyi ilə uçurdu:

"Çünki yuxarı qalxdıqda bizim Hərbi Hava Qüvvələri onları tez vururdu. Onun üçün də çox aşağı meyllilikdə SU-25 qırıcı təyyarəsi bomba ata-ata üzərimizə gəlirdi. Biz hazır vəziyyətdə idik. Cəmləşmiş atəş nəticəsində üzərimizə gələn vaxtın tutduq. Sürətli gəlsə də, gözləyirdik. Cəmləşmiş atəşdə bütün güllələrdən üzərinə atəş açıldı. Həmin vaxt manevr edə bilmədi, təsirdən qayaya çırpıldı. Pilot katapult edə bilmədi. SU-25 təyyarəsi həmin yerdə də məhv oldu".

Anar Kəlbiyev