Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Münasib Balaca oğlu Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsinə dair sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, Münasib Babayev Müdafiə Nazirliyinin 2-ci Ordu Birləşməsinin Qərargah rəisidir.

Qeyd edək ki, o, daha öncə Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsində çalışıb.

Münasib Babayev Vətən Müharibəsinin iştirakçısıdır. O, "Laçının azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Murad İbrahimli