Amerikalı müğənni Anne Marienin başına iş gəlib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ötən axşam Londonda təşkil olunan "The BRIT Awards 2022" mükafatlandırma mərasiminin konsertində çıxış edən sənətçi pilləkənləri enərkən yıxılıb. Anne, heç nə olmamış kimi ayağa qalxıb və səhnə performansına davam edib.

Qeyd edək ki, tədbirdə ifaçı Adel "İlin artisti", "İlin mahnısı" və "İlin albomu" nominasiyalarında eyni anda üç mükafata layiq görülüb.