2019-cu ildən nişanlı olan məşhur cütlük, müğənni Keti Perri və aktyor Orlando Blum hələ də toy etməyiblər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, radio verilişlərinin birində qonaq olan müğənni mərasimin keçirilməməsinin səbəbini açıqlayıb:
"Toy etmək üçün yeri müəyyənləşdirə bilmirik. Bunun üçün çalışırıq, amma aylar keçdikcə yeni ştamlar meydana gəlir. Pandemiyaya görə toy edə bilmirik".
Qeyd edək ki, Keti və Orlandonun 2020-ci ildə Deyzi adlı qızları dünyaya gəlib.