Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin ildönümündə martın 18-də açılışına qərar verdiklərini açıqlayıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti özünün rəsmi “tvitter” hesabında açıqlama verib.
Açıqlamada deyilir: “Plandan bir il yarım əvvəl inşası tamamlanan və tezliklə xalqın xidmətinə vermək üçün fevralın 26-da açılışına hazırlandığımız “1915 Çanaqqala” körpüsü vətəndaşların xahişi ilə Çanaqqala zəfərinin ildönümündə - martın 18-də açılacaq”.
Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.