İranın Təbriz şəhərində qırıcı təyyarə qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə şəhərin Moncam bulvarındakı idman kompleksinin ərazisinə düşüb.
İranın fövqəladə hallar xidmətinin sözçüsü Mucteba Haledi qəza nəticəsində bir nəfərin öldüyünün təsdiqləndiyini deyib. "Tasnim" agentliyi isə üç nəfərin həlak olduğunu yazıb.
Qəzanın səbəbləri araşdırılır.
A military airplane crashed in #Iranian province of #Tabriz pic.twitter.com/DTVKVIlRLx
— Tasnim News Agency (@Tasnimnews_EN) February 21, 2022