Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb.
"Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib.
Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib:
"Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".