Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hücumları səbəbindən ölkəni tərk edənlərin sayını açıqlayıb.
"Unikal" xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) paylaşdığı məlumatda 2 milyon 316 min qaçqının Ukraynadan qonşu ölkələrə keçdiyi bildirilib.
Məlumatda, Polşaya 1 milyon 412 min 503, Macarıstana 214 min 160, Slovakiyaya 165 min 199, Rusiyaya 97 min 98, Rumıniyaya 84 min 671, Moldova 82 min 762, Belarusa 765 və digərlərinə 258 min 84 qaçqın keçdiyi ifadə edilib. Həmçinin 18-23 fevral tarixlərində Donetsk və Luqansk vilayətlərindən 96 min insan Rusiyaya keçib.
"Ukraynada vəziyyət daha da gərginləşərsə, 4 milyona qədər mülki şəxs ölkəni tərk edə bilər", - deyə BMT xəbərdarlıq edib.