Rusiyanın Ukraynaya hücumu nəticəsində son 16 gündə 79 uşaq həlak olub, 100-ə yaxın uşaq isə yaralanıb.
"Unikal" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat verilib.
"Qurbanların əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Sumi, Xerson və Jitomir vilayətlərindəndir. Rusiya Federasiyası silahlı qüvvələrinin aktiv döyüş əməliyyatları apardığı, atəşin intensiv olduğu ərazilərin yoxlanmılması imkanı olmadığı üçün bu rəqəm yekun deyil”, - Prokurorluq bildirib.
Qeyd olunub ki, hazırda Ukraynada 280-dən çox təhsil müəssisəsi Rusiya hərbi qüvvələrinin hava zərbələri nəticəsində zərər görüb, onlardan 9-u tamamilə dağıdılıb. Donetsk vilayətində 110, Sumı vilayətində 28, Kiyevdə 17 təhsil müəssisəsin zərər dəyib.